"Mənə "əxlaqsız qadın" deyirlər. Bəli, fahişəlik edirəm, müştəri kimi kişiləri qəbul edirəm, onlarla yataqda oluram. Lakin əxlaqım var. Üstəlik, pul alıb kişiləri aşağılasam da, döysəm də, müştərilərim məndən razıdır. Çünki ailələri xilas edirəm".
Mynews.az-ın məlumatına görə,Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Surrey qraflığındakı Farnhem şəhərində yaşayan 31 yaşlı Ari Mektans fahişəliklə məşğuldur. O, "müştəriləri" evində qəbul edir.
Arinin "xidmət"lərinin bir saatı 175 funt-sterlinqdir. "Dominatriks Araney" adı ilə tanınan bu qadın "seans" zamanı müştəri kişini lüt soyundurur, sonra onu vurmağa, döyməyə, şallaqlamağa, incitməyə başlayır.
Qadının dediyinə görə, qeyri-rəsmi nikahda yaşadığı əri, 29 yaşlı Kiran onu dəstəkləyir: "Ərim təbii ki, nə ilə məşğul olduğumu bilir və məni anlayır. Bu, işimdir, gəlir mənbəyimdir".
Ari Mektans ilk "müştəri"si ilə 19 yaşında, eskort-klubda görüşüb. O vaxtdan bəri o, fahişəliklə məşğuldur və "dominant qadın" rolunu oynadığı seanslar vasitəsilə 250 min funt-sterlinq qazanıb.
"Müştəriləri qəbul edəndə yataq otağında oluram. Ərim də bunu görür. Müştərilərim də razıdırlar, çünki onları stressdən, depressiyadan xilas edirəm, ailələrini də xəyanətdən qoruyuram", - Ari deyib.
Arinin bəzi "daimi müştəri"ləri onun çirkli, yuyulmamış corablarını 25 funta satın alırlar.