Qəzəblənmiş rotveyler sahibinə hücum çəkib, onu yerə yıxıb və öldürəndən sonra parçalayaraq yeməyə başlayıb.
Milli.Az Hindustan Times-a istinadən bildirir ki, olay Hindistanın Haryana bölgəsindəki Panipat kəndində yaşanıb.
52 yaşlı Mani Ram çalışdığı fermaya yollanıb. O, Hardip Sinqh adlı iş adamına məxsus fermada gözətçi işləyirdi.
Darvazanı bağlayandan sonra Ram hər gün olduğu kimi, "Tayqr" adlı, rotveyler cinsindən olan köpəyi zəncirdən açaraq buraxıb.
Hirsli Tayqr da Rama hücum çəkib, onu yıxıb, öldürüb və sonra da parçalayaraq yeməyə başlayıb.
Hadisə yerinə gəlmiş polis 3 yaşlı Tayqrı sakitləşdirərək tutmağa 4 saat vaxt sərf edib.
Polisin dediyinə görə, it sahibini öldürəndən sonra tam bir saat onu gəmirərək yeyirdi.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub