Çinin Jiangxi əyalətində aparılan arxeoloji qazıntılar nəticəsində Hun imperatorunun məzarı tapılıb. Məzarı açan mütəxəssislər gördükləri mənzərə qarşısında mat qalıblar.
Publika.az xəbər verir ki, Çinin Jiangxi əyalətində aparılan arxeoloji qazıntılar zamanı tapılan məzarın içərisindən çıxanlar insanları dəhşətə gətirib. Qızıl, zümrüd və başqa bir sıra dəyərli zinət əşyaları, qiymətli metallarla dolu olan məzar qədim ənənələrə uyğun şəkildə dəfn olunub.
Tapılan əşyaları incələyən çinli arxeoloqlar əşyaların 2 min illik tarixi olan kral xəzinəsi olduğunu bildiriblər.
Məzarın içərisində tapılan qızıl pullar, məişət əşyaları, sikkələr, külçə qızıllar, boyunbağılar məzarın Hun dövründə hakimiyyətdə olmuş krallardan birinə məxsus olduğunu isbat edir.
Tapılan məişət əşyalarının, hətta boşqabların belə qızıldan olduğu deyilib. Qızıldan hazırlanan əşyalarla yanaşı, məzarda gümüş və dəmir materialdan hazırlanan əşyalar da olub.
Jiangxi əyalətində qazıntılar aparılan ərazidə hökumət tərəfindən 7 kilometrlik park salınacaq.


1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub