Türkiyədə çənəsi qulaq seyvanında olan qoyun tapılıb.
Mynews.az Milliyət-ə istinadən xəbər verir.
Mutasiyaya heyvanın sahibi Qazientepe sakini Əli Duman diqqət yetirib. Fermerin sözlərinə görə, qırxma zamanı qoyunlardan birinin qulağını zədələyib.
“Lakin mən yaraya yaxından baxmaq istəyəndə başa düşdüm ki, bu, ağızdır. Mən çox qorxdum. İlk dəfə idi ki, belə şey görürdüm”, - deyə Ə.Duman bildirib.
Fermer heyvanı baytarların yanına aparmaq qərarına gəlib. Onlar ağızın qeyri-standart anatomik yerləşməsinə baxmayaraq, bir neçə inkişaf etmiş dişə və tüpürcək vəzisinə malik olmasına, eləcə də udma hərəkətlərini edə bilməsinə təəccübləniblər. Lakin mütəxəssislərin sözlərinə görə, qulaq seyvanında formalaşan ağızın həzm sistemi ilə heç bir bağlılığı yoxdur.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub