Rusiyada ananın yeni doğulmuş körpəsini öldürməsi faktı üzrə cinayət işi açılıb.
Mynews.az-ın verdiyi məlumata görə, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin bölgə üzrə orqanından bildiriblər.
“Rusiyanın İstintaq Komissiyasının Primorsk vilayəti üzrə istintaq orqanları 26 yaşlı qadına qarşı cinayət işi qaldırıblar. O, “yeni doğulmuş körpəni qətlə yetirmək” maddəsi ilə ittiham edilir.
İlkin məlumata görə, qadın hamiləlik bağlı qeydiyyatdan keçməyib. Hamiləliyi ilə əlaqədar həkim məsləhəti almayıb, heç kimə hamilə olması haqqında bir söz deməyib. Körpəni öz otağında dünyaya gətirib və pəncərədən küçəyə atıb”, - məlumatda deyilir.
İstintaqın məlumatına görə, məhkəmə-tibbi ekspertiza uşağın diri doğulduğunu, ölümünə isə hündürlükdən atılmasının səbəb olduğu bildirilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub