Ukrayna prezidenti Pyotr Poroşenkonun İngiltərədə təhsil alan oğlunun geyindiyi futbolka qalmaqala səbəb olub. Mynews.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, 15 yaşlı Mişa Poroşenkonun üzərində “Russia” yazılmış köynəklə çəkdirdiyi foto sosial şəbəkələrdə ildırım sürəti ilə yayılıb.
İlk olaraq Mişanın "İnstagram" səhifəsində yayılan foto əksər ukraynalılar tərəfindən qınanıb. Pyotr Poroşenko Konkord Universitetinin hazırlıq kursunda təhsil alan oğlunun geyindiyi paltarla bağlı mətbuata açıqlama vermək məcburiyyətində qalıb. O bildirib ki, həmin foto “Halloween” gecəsi çəkilib və oğlu həmin bayram şənliyində şeytan obrazında olub. Yəni Mişa düşmən ölkə olan Rusiyanın şeytanı təmsil etdiyinə diqqət çəkmək istəyib.
Qeyd edək ki, P.Poroşenko Rusiyaya qarşı sərt ritorikası ilə seçilən siyasətçilərdəndir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub