Avstraliyalı Klara Riba ikinci övladını dünyaya gətirən zaman uşağın göbək ciyəsini kəsməyə icazə verməyib. O, bir neçə gün uşağı ciftlə birlikdə saxlayıb.
Bəlkə də bu, sizə qəribə görünə bilər. Ancaq son illər yeni ana olanlar arasında ciftin kəsilməməsi dəb halını alıb. Ciftin uşaq dünyaya gəldikdən sonra saxlanması barədə fikirlər birmənalı deyil. Bəziləri bunu körpə üçün faydalı hesab edir, digərləri isə ana ilə körpə arasında bağların qopmaması kimi dəyərləndirir.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, Klara da məhz bu üsuldan istifadə edib. O, doğuş zamanı uşağın göbəyinin kəsilməsini qoymayıb. Göbəyin təbii şəkildə, heç bir müdaxilə olmadan quruyub düşməsini istəyib. Beləcə, 5 gün ana uşağı plasenta ilə birgə gəzdirib: "Mən körpəni evdə dünyaya gətirdim. İstədim, hər şey çox təbii və müdaxiləsiz olsun".
Təbii ki, bu, problemsiz ötüşməyib. Avstriyalı qadın cifti saxlamaq üçün çətinlik çəkdiyini etiraf edib. Belə ki, cift iylənməyə başlayıb: "Oğlum Lyuk çox isti günlərdə doğuldu. Ona görə də cifti saxlamaq elə də asan deyildi. Bir neçə gün sonra evdən pis qoxu gəlməyə başladı, çünki cift istidən iylənirdi. Biz qoxunun getməsi üçün çox üsula əl atdıq. Sellofan kulyoka qoyduq, xoş qoxulu müxtəlif otlar səpdik. Qapı, pəncərəni açıq qoyduq. Amma fayda vermədi".
Nəhayət, 5 gündən sonra cift quruyub düşüb. Lakin o dəhşətli qoxu evdən hələ bir neçə gün sonra çəkilib gedib.



1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub