Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın paytaxtındadır.
Mynews.az-ın verdiyi məlumata görə, Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, “Endryus” aviabazasında Türkiyə dövlət başçısını ABŞ-ın Protokol xidmətinin nümayəndəsi Rozmari Pauli və Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıçqarşılayıb.
ABŞ-a səfər zamanı Türkiyə prezidentini həyat yoldaşı Əminə Ərdoğan, ədliyyə naziri Bəkir Bozdağ, XİN rəhbəri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekçi, energetika və təbii sərvətlər naziri Berat Albayraq və müdafiə naziri Fikri İşıq müşayiət edirlər.
Türkiyə prezidenti həyat yoldaşı ilə birgə Bler Haus iqamətgahına yola düşüb.
Ərdoğanı iqamətgahın qarşısına etnik türklərdən ibarət qrup qarşılayaraq onu salamlayıblar.
Türkiyə bayraqları ilə gələn qrup “Biz Türkiyəni sevirik”, “PKK-YPG/PYD-İŞİD terrorçularını durdurun”, “2,7 milyon suriyalı qaçqına dəstək üçün təşəkkürlər”, “İslamofobiyaya yol vermərik” yazılmış plakatlar tutublar.
ABŞ-a səfər zamanı Türkiyə və ABŞ prezidentlərinin danışıqları planlaşdırılıb. Bundan başqa, Ərdoğan biznes icmaların və QHT ekspert və liderləri ilə görüşlər keçirəcək.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub