Ermənistanın müdafiə naziri üç erməni hərbçisinin çayda boğularaq ölməsi məsələsində günahkarları cəzalandıracağını bildirib.
Mynews.az Report-a istinadən xəbər verir ki, ötən gün onun əmri ilə N saylı hərbi hissənin komandiri Gevorq Manqasaryan işdən azad edilib.
Başqa komandirlərin də istefaya göndəriləcəyi gözlənilir.
Qeyd edək ki, mayın 13-də Azərbaycanın işğal altında olan Ağdərə rayonunun Madagiz kəndi yaxınlığında “Vilis” markalı avtomobilin gölə düşməsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 3 hərbçisi boğularaq ölüb. Bunlar Ruben Barseqyan (1998-ci ildə anadan olub), Rafael Bişaryan (1997) və Ruben Mnatsakanyandır (1998).
Xatırladaq ki, aprelin üçüncü ongünlüyü və mayın əvvəlini əhatə edən 4 həftə ərzində qeyri-döyüş şəraitində Ermənistan ordusunun 8 hərbçisi qeyri-döyüş şəraitində ölüb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub