PKK Sincarda Türkiyəyə qarşı birgə hücum üçün İŞİD-lə gizli şəkildə razılığa gəlib.
Mynews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Sincar bölgəsində tanınmış ailədən gələn, lakin adının açıqlanmasının istəməyən yezidi döyüşçü bildirib.
Yezidi döyüşçü PKK-nın düşərgələrində 4 ay boyunca təlim keçdiyini etiraf edib. Bildirib ki, PKK yezidiləri aldatmaq üçün İŞİD-lə döyüşdüyü imicini yaradır, lakin reallıqda terror təşkilatı ilə gizli şəkildə anlaşıb: “PKK İŞİD-lə razılaşaraq, Sincarın bəzi bölgələrini ələ keçirtdi. Əslində razılığa görə, İŞİD döyüşmədən həmin bölgələrdən çəkilmişdi. İŞİD bir neçə dəfə PKK paltarında Sincardakı düşərgələrimizə gəlib. Bunu biləndə məni ölümlə həldələyərək, susmağa məcbur etdilər. PKK hətta İranla da gizli anlaşıb. İranlı əsgərlər qaldığımız düşərgələrə tez-tez gəlirdi, lakin onları bizdən gizlədirdilər”.
Yezidi döyüşçü qeyd edib ki, PKK İŞİD və digər təşkilatlarla gizli anlaşaraq, Türkiyəyə qarşı birgə döyüşməyi planlaşdırır.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub