Türkiyədə hazırlanan yeni layihələrlə bağlı Səhiyyə Naziri Rəcəb Akdağ açıqlama verib.
Mynews.az bildirir ki, nazir siqaretə qarşı bu vaxta qədər tətbiq edilən məhdiyyətlərin effektli nəticə verdiyi deyib. Hazırlanan yeni qadağalara görə siqaret paketinin üzərində ad çox kiçik hərflə yazılacaq, qalan yerlərdə ondan istifadənin zərərlərindən bəhs ediləcək: "Siqaretin satılacağı yerlərlə bağlı tələblər də yenidən müəyyən ediləcək. Siqaretlər içi görünməyən qapalı qutularda olacaq.
Bu vaxta qədər kafe, restoran, otel kimi məkanlar qapalı hesab edildiyindən siqaret çəkilməsinə icazə verilirdi. Lakin yeni qaydalarda bu məkanlara da məhdudiyyət tətbiq ediləcək. Üstəlik, siqaret çəkmək istəyən bu məkanların qapısından azı 5 metr kənara getməlidir".
Bu binaların daxilində siqaret üçün ayrıca otağın olmasına münasibət bildirən nazir doğru yanaşma kimi qəbul etmədiklərini deyib: "Bu təcrübə tətbiq edilib. Lakin nəticə uğursuz alınıb. Çünki bizim məqsədimiz siqaret çəkmək istəyinin qarşısını almaq, çəkənlərin isə bu zərərli vərdişdən uşaqlaşmasıdır. Bunun üçün də onlar siqaret çəkməyin "əzablı" olduğunu hiss etməlidirlər"./publika.az
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub