Suriyanın dövlət HHQ ölkənin müxalifət qüvvələrinə mənsub və Homs əyalətinin Hula rayonunda yerləşən mövqelərinə aviazərbələr endiriblər.
Mynews.az-ın məlumatına görə, Oxu.Az Anadolu-ya istinadən xəbər verir ki, yaşayış binalarına 16 vakkum bombası endirilib. Yerli sakin ölüb, qadınlar və uşaqlar da daxil olmaqla xəsarət alanlar var.
“Rayon eyni anda hava və yerdən hücumlara məruz qalır. Yaşayış binalarına ciddi xələl dəyib”, - döyüş yerindən agentliyin müxbiri bildirib.
Suriyada müharibə 2011-ci ilin martında dinc nümayişlərin silahlı münaqişəyə keçməsindən sonra başlayıb. BMT-nin məlumatına görə, münaqişə zamanı 400 mindən çox adam ölüb, 10 milyondan çox adam məcburən evini tərk edib. 4,8 milyon adam isə ölkə hüdudlarından kənarda sığınacaq tapıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub