İstanbulun Bostancı məhəlləsində metro tikintisi işləri zamanı bir zərgər dükanının olduğu binaya doğru açılmış, təxminən 7 metr uzunluğunda tunel ortaya çıxıb.
Polis zərgərlik dükanını qarət etmək üçün qazılan tunelin kimlər tərəfindən hazırlandığını araşdırır.
Mynews.az-ın məlumatına görə, Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Dudullu-Bostancı metro xəttinin çəkildiyi Ali Nihat Tarlan prospektində işçilər elektrik xətləri üçün qazıntı apardıqları zaman bir tunellə qarşılaşıblar. İşçilər baxış zamanı tunelin ərazidəki bir zərgərlik mağazasına doğru istiqamətləndiyini müəyyən ediblər.
İşçilər vəziyyətlə bağlı polislərə və zərgərə məlumat veriblər. Aparılan araşdırmalar təxminən 7 metr irəliyə uzanan tunelin prospektdə olan bir zərgərlik dükanına getdiyini təsbit edib. Zərgərlik dükanına çatmağa 2 metr qaldığı təyin olunan tunelin digər ucunun da yolun qarşı tərəfinə getdiyi ortaya çıxıb. Tuneli qazanların kimliyini müəyyən etmək üçün araşdırmaya başlayan polislər ərazidə təhlükəsizlik tədbirlərini gücləndiriblər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub