Rusiya XİN rəhbəri Sergey Lavrov ilə görüşdən sonra ABŞ prezidentiDonald Trampın ünvanına səslənən ittihamları prezidenti Vladimir Putin “siyasi şizofreniya” hesab edir.
Mynews.az-ın məlumata görə, Oxu.Az bu barədə “İnterfaks”a istinadən xəbər verir.
“Biz Birləşmiş Ştatlarda siyasi şizofreniyanın inkişaf etdiyini görürük. Mən Lavrova məxfi informasiya verməsinə dair hazırkı prezidentin ünvanına səslənən ittihamlara başqa izah tapa bilmirəm”, - Putin İtaliyanın baş naziri Paolo Centiloni ilə danışıqların nəticəsində mətbuat konfransında bildirib.
“Yeri gəlmişkən, bu gün mən onunla (S.Lavrov) danışmışam, ona töhmət vermək lazımdır, çünki ona ötürülən məxfi informasiyanı bizimlə bölüşməyib. Nə mənimlə, nə də ki Rusiyanın xüsusi xidmət orqanları ilə, bu, çox pisdir”, - deyə prezident zarafat da edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub