Anasını öldürüb ürəyini yeyən oğul "Anamı çox istəyirdim" - FOTOLAR

652
Anasını öldürüb ürəyini yeyən oğul "Anamı çox istəyirdim" - FOTOLAR

2006-cı ildə amerikalı kinemotoqraf Maykl Kuestanın ssenarisi əsasında çəkilən çoxseriyalı "Dexter" filminin baş qəhrəmanı Dexter Morqan sən demə canlı obraz imiş. Bu serialın qəhrəmanı eyni zamanda həm bacısını, iş yoldaşlarını və sevgilisini öldürən cani, həm də bir polisdir. Filmdə cinayətkar öz qanunlarına görə cəza tətbiq edir. O, ona qarşı səhv edən, xəyanət edən insanları ölümlə cəzalandırır.

Publika.az sizə ən az "Dexter" serialının baş qəhrəmanı qədər cinayətlər törətmiş, silsilə qətllərin müəllifi olan Pedro Rodriqez Filhonun həyatı haqqında maraqlı faktları təqdim edir:

Pedro Rodriqez Filho serial qəhrəmanından fərqli olaraq, qurbanlarını təsadüfi öldürən qatil deyil. O, daha çox qanunsuz rejim təchizatçısı kimi təsəvvür yaradır. Əslən Braziliyadan olan Filho 1954-cü il iyunun 17-də dünyaya gəlib. Braziliyanın Santa Rita şəhərində anadan olan Filho ilk cinayətini 13 yaşında həyata keçirib.

13 yaşlı Filho bir uşağın başını bədənindən üzərək gənc yaşda adını acımasız qatillərin sırasına yazdırıb. Cinayətdən tutulmayan Filho ilk dəfə 14 yaşında oğurluq üstündə saxlanılıb.

Filhonun növbəti qurbanı isə Braziliyanın Alfenas əyalətinin Bələdiyyə sədrinin müavini olub. Deyilənə görə, sədr müavini zamanında Filhonun atasını oğurluqda ittiham edərək işdən azad etmişdi. Uşaq yaşlarından bu hadisəni unutmayan cinayətkar atasının həyatını məhv edən adamdan intiqamını belə alıb.

İndi elə düşünəcəksiz ki, Filho ata-anasını uğrunda cinayət törədəcək qədər çox sevirdi. Xeyr, bu, sadəcə cinayət törətmək üçün bəhanə idi. Çünki Filhonun növbəti qurbanı məhz öz doğma ana və atası olub.

Filho anasını qətlə yetirdikdən sonra ürəyini çıxardıb. Onun sözlərinə görə, o, bu hərəkəti anasını atasından çox istədiyi üçün edib. Anasının ürəyini bişirib yeyən qatil, daha sonra da atasını öldürüb. 18 yaşında öldürdüyü insanların sayı 10-dan çox olub.

Nəhayət, 1973-cü ildə saxlanılan Filho ümumilikdə 71 nəfərin ölümündə günahlandırılaraq cəmi 30 il həbs cəzası alıb. Həbsxanada belə cinayət törətmədən dayana bilməyən Filho məhkumluq illərində 47 nəfər məhbusu müxtəlif yollarla qətlə yetirib.

30 il həbs cəzasına məhkum edilən Filhonun son cinayətləri də nəzərə alınaraq onu 400 il müddətinə azadlıqdan məhrum ediblər.

 

Xəbər lenti