Erməni “qanuni oğru” maştağalı “qanun oğru” ilə təcridxanada dalaşdı Şok təfərrüat

672
Erməni “qanuni oğru” maştağalı “qanun oğru” ilə təcridxanada dalaşdı Şok təfərrüat

Erməni əsilli “qanuni oğru”, kriminal aləmdə “Sergey Bentli” kimi tanınan Sergey Asatryanın Moskvadakı “Motrosskaya Tişina” təcridxanasından Vladimirdəki təcridxanaya köçürülməsinin təfərrüatları üzə çıxıb. Rusiya mətbuatı yazır ki, buna səbəb erməni “qanuni oğru”nun azərbaycanlı “qanuni oğru”, əslən Bakının Maştağa kəndindən olan Taleh Dağlıyevlə (“Taleh Noqinski”) münasibətlərini aydınlaşdırmaq istəyi olub. Bildirilir ki, “Motrosskaya Tişina”nın rəhbərliyi hadisənin ört-basdır edilməsinə çalışıb və yalnız indi məsələnin əsl məğzi məlum olub.

Bildirilir ki, Sergey Asatryan kriminal aləmdə ciddi qayda-qanun yaratmaq, müxtəlif yollarla “oğru” adı alan və polisin əlinə düşən kimi “vor zakon” adından imtina edən şəxsləri meydandan “təmizləmək” niyyətini ortaya qoyub. Onun atası Eduard Asatryan da “qanuni oğru” aləmində tanınan adamlardandır. Əvvəllər Asan Usoyanla (“Ded Xasan) yaxşı münasibətləri olan Eduard sonradan onun düşməninə çevrilib. Bu səbəbdən də uzun müddət Rusiyadan kənarda yaşayıb. ”Ded Xasan”ın öldürülməsindən sonra Rusiyaya qayıdıb və bir müddət sonra narkotik ittihamı ilə saxlanılıb.
Asatryanın oğlu Sergey də Rusiyanın kriminal dairələrində çox məşhurdur. Əməliyyatçılar onu Rusiyanın yeni kriminal nəslinin “qızıl gəncliyi” hesab edirlər. O, azadlıqda olarkən həmişə ən son moda ilə geyinib, bahalı avtomobillərdən ibarət avtoparkı da olduğu deyilir. Amma özü daha çox “Bentli”yə üstünlük verib və bu səbəbdən də ləqəblərindən biri “Seryoja Bentli”dir. 2014-cü ildə o, Dağıstandan olan kriminallarla yaranan münaqişə nəticəsində döyülərək ağır bədən xəsarətləri almışdı.

Image result for Taleh Dağlıyev
“Sergey Bentli” hazırda 1,2 milyon dollarlıq soyğunda ittiham edilir. İttihama görə, o və dayısı Karen Mxitaryan adlı ermənini ölümlə təhdid edib. O, dayısı ilə mübahisəsi olan Mxitaryandan 1,2 milyon dollar ödəməyi tələb edib. Hətta biznesmeni və ailəsini ölümlə təhdid edib. Onun tapşırığı ilə biznesmenin bağ evi yandırılıb. Mxitaryan pulu verəcəyini bildirib və görüş təyin edib. Görüş zamanı polis hər iki şəxsi yaxalayıb. Məhkəmənin hökmü ilə ona 9 il, dayısına isə 8 müddətinə həbs cəzası verilib.
Qayıdaq Sergey Asatryanla azərbaycanlı “qanuni oğru” arasında konfliktə. Bildirilir ki, “Taleh Noqilski”nin və digər kriminal avtoritet Şalva Xonskinin təcridxanada sərbəst gəzmələri, kimlərləsə görüşmələri erməninin xoşuna gəlməyib. O, təcridxana administrasiyasından ona da eyni şəraitin yaradılmasını tələb edib. “Əks təqdirdə, qiyam edəcəm” deyə, balaca Asetryan rəhbərliyi hədələyib. Təcridxana rəhbərliyi bu hədəni ciddi qəbul edib və ona da eyni şərait yaradılıb. Bildirilir ki, bundan sonra daha da “bərk gedən” erməni kriminal rejim qaydalarını pozduğuna görə cərimə kamerasına salınanların “qayğısına qalmağa” başlayıb. O iddia edib ki, “Taleh Noqilski” azərbaycanlı yerlilərinin gətirdiyi sovqatla yaxşı yaşadığı halda bəzi arestantlar çay belə tapıb içə bilmirlər. Bu səbəbdən də o, “qanuni oğru”ların saxlandığı kameraya üz tutub.

Related image

O, “Taleh Noqilski”nin kamerasının qarşısına gələrək onu çölə çağırıb. Azərbaycanlı “qanuni oğru” çölə çıxmağa hazır olduğunu, amma qapının bağlı olduğunu söyləyib. Bundan sonra yaxınlıqda olan həbsxana nəzarətçisi qapını açıb və Asetryan içəri gəlib. Bildirilir ki, sözləri çəpləşən “qanuni oğru”ların davasına həbsxana rəhbərliyi mane olub. Asetryanın bu özbaşınalığı “Motrosskaya Tişina” rəhbərliyinin səbrini daşırıb. Bu səbəbdən də onu “Vladminirski çentral” kimi tanınan təcridxanaya köçürüblər.

.Image result for Taleh Dağlıyev
Rusiya mediası yazır ki, bu, ilk belə hadisədir ki, “qanuni oğru” barədə məhkəmə hökmü qüvvəyə minməmiş onu Moskvadan uzaq vilayətin təcridxanasına aparırlar. İndi “Sergey Bentli” apelyasiya məhkəməsinə yalnız video vasitəsilə qatıla biləcək.
“Qanuni oğru” Taleh Qəribxan oğlu Dağlıyev 1983-cü ildə Azərbaycanda anadan olub. 30 yaşı olarkən Türkiyədə keçirilən “sxodka”da “qanuni oğru” adını alıb. 2015-ci ilin aprelində Rusiyanın Noqinsk şəhərində saxlanılıb. Hazırda istintaq altındadır.

Musavat.com

Xəbər lenti