Bu il ərzində Ermənistan Silahlı qüvvələrində ölüm halları kəskin şəkildə artıb və bu məqam hüquq-mühafizə sistemində ciddi narahatlıqlar doğurur.
Mynews.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Johovurd" nəşri yayıb. Qəzet rəsmi məlumatlara əsasən bildirir ki, 2017-ci ilin yanvar ayından hazırkı dövrə qədər Ermənistan ordusunda 26 ölüm halı qeydə alınıb.
Onlardan 10-nu cəbhə xəttində baş verən atışmada öldürülüb. 16 hərbçi isə intihar, qəza, əsgərlər arasında güllələmə, silahla davranma qaydalarının pozulması və törədilən cinayətlər nəticəsində ölüb.
Qeyd edək ki, bu zaman ərzində baş verən ölüm hallarından məsul olan bir nömrəli şəxs, Ermənistan müdafiə naziri Vigen Sarkisyan seçki kompaniyası ilə məşğul olub. Baş verən ölüm hallarının əsas səbəbi nazirin öz vəzifəsinin icrası ilə məşğul olmamasında göstərilir.
Xatırladaq ki, erməni KİV-lərinin yaydığı məlumatalar sırf Ermənistan müdafiə nazirliyinin yaydığı rəsmi məlumatlara söykənir. Cəbhə xəttində düşmənə vurulan cavab tədbirləri nəticəsində sadəcə son bir ayda itkilərin təxminən yuxarıda göstərilən ümumi itkiləri əvəz etdiyini deyə bilərik.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub