Antalyada qandonduran hadisə baş verib.
Şəhərin Kemer mahalında 2 uşaq anası olan bir qadın ov tüfəngiylə özünü vuraraq intihar edib. Qadının 8 yaşlı qızı şok halda 1 saat ərzində anasının cənazənin yanında evdə atasını gözləyib.
Mynews.az Milliyet-ə istinadən xəbər verir ki, bir hoteldə çalışan Ebru Erkal G. (37) adlı qadın işi bitdikdən sonra Yeni Məhəllədəki evinə gəlib. 1 saat sonra da qadının 8 yaşlı qızı H.G. məktəbdən gələrək otağına gedib. Maddi çətinlik səbəbiylə çətin günlər yaşadığı iddia edilən gənc qadın saat 16.30 radələrində evdə olan ov tüfəngi ilə başından atəş açaraq intihar edib.
Anası intihar etdiyi məqamda evdə olan qızı H.G. isə şok halda atası İbrahim G. gələnə qədər anasının cəsədiylə evdə qalıb. Saat 17.30 radələrində evə gələn İbrahim G. qızının "Ata, anama bax yataq otağında" deyə qışqırdıqdan sonra otağa qaçan ər yoldaşını qan içində yerdə görüb.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası qadının həyatını itirdiyini müəyyən edib.
Hadisə ilə əlaqədar istintaq başladılıb.
milli.az
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub