Türkiyənin Samsun şəhərində bir şəxs anasını amansızlıqla qətlə yetirib.
Mynews.az-ın məlumatına görə, Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, hadisə Samsunun Terme mahalının Çay Məhəlləsində, axşam saat 10 radələrində baş verib. Əldə edilən məlumata görə, subay olduğu öyrənilən və anası ilə birlikdə yaşayan Həsən Əli K. (38) evlərinin mətbəx hissəsindəki kresloda 79 yaşlı anası Seher K.-nın boğazını çörək bıçağı ilə kəsərək öldürüb.

Terme mahalı Təhlükəsizlik İdarəsinə gedən Həsən Əli Kumbasar "Anamın başını kəsərək öldürdüm" deyərək polisə təslim olub. Evə gedən polislər yaşlı qadını divanın üzərində boğazı tamamilə kəsilmiş halda tapıblar.
Qohumları bir qızı bir oğlu olan qadının uzun illər uşağının olmadığını, ilk uşağı Həsən Əli K. üçün qurban kəsdiyini deyiblər.
Hadisə ilə əlaqədar istintaq davam edir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub