İstanbulun Kınalı ada məhəlləsində üç qız şagirdin 1,5 ildən bəri təcavüzə uğradığı sinif rəhbərləri olan müəllim M. Ş. sayəsində ortaya çıxıb. İkisi bacı olmaqla üç qızın ifadələrindən sonra təcavüzdə şübhəli bilinən İ.K., T.K., S.B, həbs olunublar.
Mynews.az milli.az-a istinadən xəbər verir ki, bazar ertəsi günü orta məktəbdə üç şagird tənəffüsdə dalaşıblar. O an yanlarından keçən müəllim M.Ş. danışıqlarını eşidib. Təcavüzdən bəhs edirdilər. Müəllim dərhal üçünü də yanına çağırır. Üç qız da ağlayaraq hər şeyi izah edir, danışdıqca ilyarımdır şantaj və təcavüzlərinin davam etdiyi dəhşətin sirri açılır. Müəllim dərhal rayon təhlükəsizlik idarəsinə xəbər verir. Prokurorluq eyni anda təhqiqata başlayır. İfadələri alınan qız uşaqları yaşları 28 ilə 30 arasında olan şəxslərin adlarını verirlər.
Qızlar təcavüz şübhəlilərinin çılpaq görüntülərini çəkdiklərini, kiməsə deyəcəkləri təqdirdə bu görüntülərin sosial şəbəkələrdə paylaşacaqlarını söylədiklərini də etiraf ediblər. Haqlarındakı iddiaları rədd edən şübhəlilərin evlərində axtarışlar aparılıb.
Qızların ataları da açıqlama veriblər: "Kiçik adamızda hamımız bir ailəydik. Qapılarımızı açıq saxlayardıq. Qızların "qardaş" dedikləri insanlar alçaqlıq, namussuzluq etdilər. Lənət olsun onlara. Ən ağır cəzanı alsınlar".
Qızlardan birinin atası E. C.: "Üz-üzə baxdığımız, güvəndiyimiz ailəli adamlar idi. Qızım D.-nın 13 yaşı var. Təhdid, şantaj ediblər. Qorxusundan bizdən gizlədib. Bu hadisənin dönüşü yoxdur. Hər kəs etdiyini çəkəcək. Çəkməsələr, məsələ fərqli yerlərə gedəcək. Qanuna, ədalətə hər zaman güvənirəm".
F.İ. ilə E.İ.-nin atası M.İ.: "O alçaqlar, yaxın qohumumuz. Qız alıb, qız verdik. Neçə illərdir evimizi, çörəyimizi paylaşdıq. Dövlət ən böyük cəzanı versin. F.-nın 13, E.-nin isə 15 yaşı var, uşaqdırlar. Bunu necə edirlər?"
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub