Venesuelada hökumət əleyhinə davam edən etirazlarda daha 2 adam həyatını itirib.
Mynews.az xəbər verir ki, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında çıxan qarşıdurma ölümlə nəticələnib.
Polislə qarşı-qarşıya gələn qəzəbli izdiham nəqliyyatın hərəkətinə mane olub. Paytaxt Karakastakı etirazlar sakit bir şəkildə həyata keçirilərkən, digər şəhərlərdə izdiham polislə toqquşub. Venesuelanın Kolumbiya ilə sərhədində yerləşən Tachira ştatında baş verən qarşıdurmada 18 və 33 yaşlarındakı iki etirazşı həyatını itirib.
Tachirada toplanan izdiham avtomobilləri , ətrafda olan mağazaların şüşələrinə daş atıblar. Onlarla adamın yaralandığı hadisələrdə bəzi binalara maddi ziyan dəyib.
Carabobo əyalətində isə 3 polis məmuru yaralanıb, başından zərbə alan polislərdən birinin vəziyyətinin ağır olduğu bildirilir. Larada isə etirazçıların üstündən keçən bir avtomobil 3 nümayişçini yaralayıb.
Ölkədə həftədən davam edən aksiyalarda onlarla insan həyatını itirib, 2 mindən çox şəxs saxlanılıb.
Bu arada Kolumbiya Venesueladan gözlənilən miqrasiya dalğasına qarşı Türkiyədən yardım istəyib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub