Amerikanın Virciniya ştatında dəhşətli ailə faciəsi baş verib. 26 yaşlı Amanda Teylor öz qayınatasını bıçaqlayıb.
Mynews.az xəbər verir ki, Teylorlar ailəsinin gəlini, 26 yaşlı Amanda Teylor 59 yaşlı qayınatası Çarlz Teyloru bıçaqla öldürüb. Öldürdükdən sonra əlində qanlı cinayət aləti ilə cəsədin önündə şəkil çəkdirən qadın şəkilləri sosial şəbəkəyə yükləyib və "çox xoşbəxtəm" yazıb.
Qadın qayınatasını ərinin ölümündə günahkar hesab etdiyi üçün bu addımı atıb.
Polisə ifadəsində ərinin intihar edərək öldüyünü deyən qadın onu bu ölümə qayınatasının sürüklədiyini bildirib: "Ona nifrət edirdim. Əməlimdən peşman deyiləm".
Məhkəməyə çıxarılan 26 yaşlı Amanda Teylora ömürlük həbs cəzası verilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub