Fransanın yeni prezidenti Emmanuel Makron və xanımı Bricit Makron öz postlarına hazırlaşdıqları bir vaxtda keçmiş birinci xanım, eks-prezident Nikolay Sarkozinin xanımı Karla Bruni artıq siyasətdən uzaqlaşmağa başlayıb.
Mynews.az axsam.az-a istinadla xəbər verir ki, eks-model və müğənni Karla yeni mahnı yazdırıb və “French Touch” albomunu hazırlayır. O, hətta “Enjoy the silence” adlı mahnısına klip də çəkdirib. Bruni müsahibəsində ölkənin birinci xanımı olduğu dövrdən ötrü darıxmadığını deyib:
“Məni yanlış anlamayın. Bu, mənim üçün böyük şərəf idi. Birinci xanım olduğum dövrlə bağlı xoş xatirələrim var. Ancaq o dövr üçün darıxmıram. Çünki özünə vaxt qalmırdı”.
Karla Bricit Makrona birinci xanımlıq dövründə uğurlar arzulayıb:
“Mən onunla tanış deyiləm. Ancaq onlar çox xoş insanlardır. Tanımadığın birinə hansısa məsləhət vermək çox çətindir. O, çox ağıllı və ziyalı biridir. Düşünürəm ki, hər şeyin öhdəsindən gələcək”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub