Dövlət Dumasının Beynəlxalq işlər üzrə komitəsi Rusiya XİN-in situasiya-böhran mərkəzinin departamentinin rəhbəri Aleksey Yexovun Türkiyədə ölkə səfiri vəzifəsinə namizədliyini dəstəkləyib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Rusiyanın Konstitusiyasına görə, prezident federal iclasın müvafiq komitələr və komissiyalar ilə konsultasiyalardan sonra səfirləri təyin edir və ya geri çağırır.
Yerxovun namizədliyi Dövlət Dumasının plenar iclasında təsdiqlənməlidir.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki 62 yaşlı səfiri Andrey KarlovAnkarada dekabrın 19-da Müasir incəsənət qalereyasında “Rusiya türklərin gözü ilə” fotosərgisində çıxışı zamanı qətlə yetirilib.
Atəş açan şəxs zərərsizləşdirilib. Rusiyanın İstintaq Komitəsi “Beynəlxalq terrorizmi aktı” maddəsi ilə cinayət işi açıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub