Türklər erməni müğənni Super Sakonun məşhur mahnısı “Mi gna”nı öz dillərinə tərcümə edərək ifa ediblər.
Mynews.az BAKU.WS-ə istinadla xəbər verir ki, Türkiyədə qalmaqallı mahnıya, hətta klip də çəkilib. Mahnı “Bitdi bu sevda” adlanır.
Qeyd edək ki, bu mahnının qardaş ölkədə bu qədər sevilməsi həmyerlilərimiz tərəfindən birmənalı qarşılanmır.
Demək olar ki, qardaş ölkədə gənclərin əksəriyyəti bu mahnını ifa edərək bəstənin sədaları altında rəqs edib, “Instagram”da səhifələrində paylaşıblar. Bir müddət əvvəl isə Türkiyənin məşhur dəb verilişi - “İşte benim stilim”də iştirakçılar bu mahnının sədaları altında rəqs etməsi birmənalı qarşılanmayıb.
Məlumat üçün bildirək ki, məşhur türkiyəli müğənni Özcan Dəniz “İstanbullu gəlin” serialının kulisində bu mahnını ifa edərək video paylaşmışdı. Müğənninin bu hərəkəti ölkəmizdə kəskin etirazla qarşılanmışdı.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub