Türklər erməni müğənni Super Sakonun məşhur mahnısı “Mi gna”nı öz dillərinə tərcümə edərək ifa ediblər.
Mynews.az bakuws-ə istinadla xəbər verir ki, Türkiyədə qalmaqallı mahnıya, hətta klip də çəkilib. Mahnı “Bitdi bu sevda” adlanır.
Qeyd edək ki, bu mahnının qardaş ölkədə bu qədər sevilməsi həmyerlilərimiz tərəfindən birmənalı qarşılanmır.
Demək olar ki, qardaş ölkədə gənclərin əksəriyyəti bu mahnını ifa edərək bəstənin sədaları altında rəqs edib, “Instagram”da səhifələrində paylaşıblar. Bir müddət əvvəl isə Türkiyənin məşhur dəb verilişi - “İşte benim stilim”də iştirakçılar bu mahnının sədaları altında rəqs etməsi birmənalı qarşılanmayıb.
Məlumat üçün bildirək ki, məşhur türkiyəli müğənni Özcan Dəniz “İstanbullu gəlin” serialının kulisində bu mahnını ifa edərək video paylaşmışdı. Müğənninin bu hərəkəti ölkəmizdə kəskin etirazla qarşılanmışdı.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub