İranda keçirilən prezident seçkilərində Həsən Ruhani qələbə qazanıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, ilkin nəticəyə görə, indiyədək sayılmış bülletenlərə əsasən, hazırkı prezident Həsən Ruhani 22 milyon 796 min 468 səslə öndədir.
Onun əsas rəqibi, mühafizəkarların namizədi İbrahim Rəisi 15 milyon 796 min 468 səslə ikinci yerdədir.
Digər namizədlər Mustafa Mirsəlim 455 min 211 səs, Mustafa Haşimitəba 210 min 597 səs toplaya bilib.
İranın Seçkilər Qərargahının sədri Əli Əsğər Əhmədi bildirib ki, seçkilərin nəticəsi məlumdur, lakin qanuna görə günorta saat 14.00-dək gözləmək lazımdır. Rəsmi nəticə saat 14.00-da elan olunacaq.
O deyib ki, səsvermədə seçici hüququ olanların 70 faizi iştirak edib.
İran prezidentinin birinci müavini İshaq Cahangiri əhalinin səsvermədə aktiv iştirakına və əksəriyyətin Həsən Ruhaniyə səs verməsinə görə xalqa təşəkkür edib.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1423 dəfə oxunub
2
Naxçıvan Hava Limanı vuruldu - VİDEO
1418 dəfə oxunub
3
Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ
1386 dəfə oxunub
4
İrandan Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA
1381 dəfə oxunub
5
İran Naxçıvana 4 dron yönləndirib - MN
1377 dəfə oxunub