Bu ailədə hara baxırsansa müxtəlif çəkilərdə, yaşlarda olan uşaq görürsən.
Bu ailənin ən gənc üzvü şəkildəki balaca qızın qucağında olan uşaqdır.
Radfords ailəsi ilə tanış olun. Onların 19 uşağı var və bir uşaq da yoldadır.

Radfords ailəsi Britaniyanın ən böyük ailəsidir.
Sue Radford adlı qadının 19 uşağı var. Onun 20-ci övladı sentyabr ayında dünyaya gələcək. Sue düşünür ki, bu, onların sonuncu uşaqları olacaq.
49 yaşlı Sue reportaj zamanı jurnalistlərə bildirib ki, artıq sağlamlığı ilə bağlı problemləri var.
"Son iki uşağa hamilə qalanda xeyli çətinlik çəkdim. Mənim anam həmişə deyirdi ki, hansı cinsdən olan uşaqla başlamısansa, o, cinsdən olan uşaqla ailəni tamamla. Mənim də ilk övladım oğlan idi, indi doğulacaq olan da uşağım da oğlandır".
Onların birinci uşaqlarının adı Krisdir ki, Krisin hazırda 28 yaşı var. Sue onu 14 yaşındaykən doğub.




1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub