Bu gün Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üçüncü növbədənkənar qurultayı öz işinə başlayır.
AK partiyası bununla da “İkinci Ərdoğan Dönəmi”nə başlayır.
Partiya nümayəndələri Türkiyə vaxtı ilə saat 10:00-da başlayacaq konqres üçün erkən saatlarından Ankara Arena İdman Saonuna axın ediblər.
2014-cü il avqustun 27-də 1-ci Fövqəladə Qurultayda səlahiyyətlərini Əhməd Davudoğluna təhvil verən Ərdoğan 998 gün sonra partiyaya rəhbərlik etməyə başlayacaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ədoğan xanımı Əminə Ərdoğan, baş nazir Binəli Yıldırım və onun xanımı Semiha Yıldırımla birlikdə mərasimə qatılıb. O, qurultayın keçirildiyi məkana daxil olarkən AKP üzvləri onu böyük coşğuyla qarşılayıb. Türkiyə lideri bu cür qarşılamaya görə göz yaşlarına hakim ola bilməyib. (Qafqazinfo)












1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub