Ankara polisi ötən gecə şəhərin Etimesgut rayonu, Yarpacıq məhəlləsində terror aktına hazırlaşan İŞİD üzvlərinə qarşı əməliyyat keçirib.
Əməliyyat zamanı İŞİD terrorçuları ilə polis arasında atışma baş verib, 2 terrorçu öldürülüb.
“İstanbuldan təqib edilən Azərbaycan vətəndaşının İŞİD üzvü olduğu barədə məlumat var. Son günlər ərzində bu şəxs fəallıq edib və avtomobil kirayələyərək Ankaraya gəlib, onun hərəkətləri şübhə yaradıb. Həmin şəxs 2 İŞİD terrorçusunu buraya gətirib, daha sonra İstanbula geri qayıdıb və yaxalanıb. İfadəsində özünün və əməliyyatda zərərsizləşdirilən bu iki şəxsin İŞİD üzvü olduğunu, Ankarada terror planlaşdırdıqlarını etiraf edib. Nəticədə təcili şəkildə əməliyyat planlaşdırılıb, 2 İŞİD üzvü silahlı çatışmada öldürülüb”, – Ankara valisi Ercan Topaca bildirib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub