Bu gün Ankarada terror törətmək istəyən 2 İŞİD-çiyə qarşı keçirilən əməliyyatın təfərrüatları məlum olub.
Cebhe.info Türkiyə mətbuatına istinadən bildirir ki, polis Azərbaycan vətəndaşı olan şəxsin ifadəsi əsasında aparılan araşdırmada terrorçuların xarici ölkə vətəndaşı olduğunu müəyyən edib.
İŞİD-çilərin Ankarada kirayə qaldıqları evdə axtarış zamanı 2 "Kalaşnikov” avtomatı, çox sayda əl qumbarası, güllələr tapılıb. İŞİD-çilər bu gün AKP-nin qurutayında terror törətməyi hədəfləyib. Ancaq keçirilən əməliyyat buna mane olub.
Ankara valisi Ercan Topaca əməliyyatın İstanbulda saxlanılan Azərbaycan əsilli İŞİD-çinin etirafı əsasında keçirildiyini bildirib. Onun sözlərinə görə, həmin şəxs polis tərəfindən saxlandıqdan sonra terror təşkilatının planı barədə məlumat əldə edilib: “Onun kirayə avtomobillə Ankaraya 2 nəfər gətirdiyi şübhə yaradıb. O, etiraf edib ki, həmin şəxsləri Ankaraya terror törətmək üçün gətirib. Bundan sonra əməliyyat keçyrilib və hər iki terrorçu zərərsizləşdirilib”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub