Rusiyanın Kostroma şəhərində yaşayan 38 yaşlı kişi "qiyamət baş verəcək" xəbərlərinin təsiri altına düşüb.
O, qiyamət zamanı baş verə biləcək təbii fəlakətlərdən qorunmaq üçün meşədə sığınacaq hazırlayıb. Yerin bir neçə metr dərinliyində hazırlanan sığınacaqda yaşamaq üçün lazımi şəraiti də qurulub.
Məsələnin üstü sakinlərin şikayəti əsasında açılıb. Bildirilir ki, meşədə ağacların icazəsiz kəsildiyi barədə məlumat alan polis, ərazidə iki sığınacaq aşkar edib. Məlum olub ki, ağırlığa davam gətirməyən birinci sığınacaq çökdüyü üçün rusiyalı daha bir ərazini qazaraq yaşamaq üçün şərait qurub. Maraqlısı budur ki, rusiyalı bütün bunları reallaşdırmaq üçün bankdan 1200 dollar kredit götürüb.
Təbii fəlakətlərdən qorunmaq üçün meşəyə sığınan şəxsin növbəti hədəfi irimiqyaslı sel fəlakətlərindən xilas olmaq üçün gəmi düzəltməkdir./metbuat.az
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub