Rusiyanın baş naziri Dmitri Medvedev bazar ertəsi İstanbula səfəri zamanı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək.
Mynews.az-ın məlumatına görə, Oxu.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
“Rusiya hökumətinin sədri Dmitri Medvedev ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü bazar ertəsi baş tutacaq. Rusiyanın baş naziri və türk lideri ikitərəfli münasibətlərin əsas məqamlarını müzakirə edəcəklər”, - bu barədə jurnalistlərə Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər.
Medvedev İstanbula bazar günü Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitində iştirak etmək üçün gəlib.
Bundan başqa, sammit çərçivəsində Rusiya hökumət başçısı Moldova prezidenti İqor Dodon və Türkiyənin baş naziri Binəli Yıldırım ilə görüşü də planlaşdırılıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub