İstanbulun məşhur “Reina”gecə klubu tarixə qovuşdu.
Mynews.az xəbər verir ki, Oxu.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Yeni il gecəsi 39 nəfərin həlak olduğu əyləncə mərkəzi bu gün səhər saatlarında buldozerlərlə sökülüb.
Binanın söküləcəyindən istirahət mərkəzində işləyənlərin belə xəbəri olmayıb.
“Söküntünü biz də gözləmirdik. Binanı dağıtmaq üçün cəmi 45 dəqiqə kifayət elədi. Dağıdıb getdilər”, - deyə şirkətə yaxın mənbə bildirib.
Söküntünün hansı səbəbdən aparıldığı hələ açıqlanmayıb.
Xatırladaq ki, “Reina” gecə klubunda 2017-ci ilin ilk gününü qarşılayarkən terror hadisəsi törədilmiş, 39 nəfər həlak olmuş, 69 nəfər isə yaralanmışdı. Ölənlər arasında əslən azərbaycanlı olan Rusiya vətəndaşı Nuranə Həsənova da var idi.
Qətliamı törədən Abdulkadir Maşaripov hadisədən sonra saxlanılıb və ona 2397 ilə qədər azadlıqdan məhrumetmə cəzası istənilib.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1423 dəfə oxunub
2
Naxçıvan Hava Limanı vuruldu - VİDEO
1418 dəfə oxunub
3
Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ
1386 dəfə oxunub
4
İrandan Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA
1381 dəfə oxunub
5
İran Naxçıvana 4 dron yönləndirib - MN
1377 dəfə oxunub