Şahzadə xanımlar nağıl qəhrəmanları deyil. Onlar müasir qızlar kimi həyat sürür, deyib-gülməyi, əylənməyi və səyahət etməyi çox sevirlər. Bu qızları başqalarından sadəcə əsilzadə soyadları fərqləndirir.
Mynews.az Publika.az-a istinadən oxucuları müsair dövrün ən gözəl subay şahzadə qızları ilə tanış edib.
Şahzadə Aleksandra, Lüksemburq
Lüksemburq hersoqu Anrinin 24 yaşlı yeganə qızı Mariya Tereza idmanı çox sevir, 5 dildə sərbəst danışır və hətta Uimbldonda iştirak edib. O, universitetdə ədəbiyyatı, tarixi və fəlsəfəni öyrənir. Bütün Avropa şahzadələri arasında ən uzun ad Mariyanındır. Onun tam adı belə səslənir: Aleksandr Jozefina Vilqemina Mariya Şarlotta Tereza. Ancaq buna baxmayaraq, o yalnız taxta varis növbəsində yalnız 5-cidir.
Ledi Ameliya Vindzor, Böyük Britaniya
İngiltərənin birinci gözəli şahzadə Amelinin cəmi 20 yaşı var, amma onu artıq haqlı olaraq şahzadə hesab edirlər. O, II Yelizaveta kraliçasinın nəvəsi, Sent-Endryus qrafı Georq Vindzorun kiçik qızıdır. Gələcəkdə gənc xanım jurnalist olmaq istəyir və təhsilə çox vaxt ayırır. Laki bu, ballarda və önəmli tədbirlərdə tez-tez iştirak etmək üçün ona mane olmur. Ameliyanın əsl ehtiras isə moda aləmidir. O, hətta “Chanel” evində təcrübə keçib.
Şahzadə Mariya-Luiza, Belçika
Belçika şahzadəsi Mariya-Luizanın 21 yaşı var. Gözəl qız indi Britaniyada təhsil alır. O, taxta varislik xəttində yalnız doqquzuncu yeri tutur, amma gözəl xarici görünüşü və valideynlərinin sahib olduğu sərvəti onu dünyanın ən qibtə ediləsi gəlinlərdən biri edib.
İman, İordaniya şahzadəsi
Şahzadə İman bint Əl-Abdullah İordaniya kralı II Abdullah və kraliça Raniyanın qızı böyük qızıdır. Onun 20 yaşı var, o, hazırda Vaşinqtonda, ABŞ-ın Corctaun Universitetində təhsil alır. Ciddi tərbiyə qıza önəmli mərasimlərdə tez-tez görünməyə imkan vermir, ancaq zaman-zaman xeyriyyə tədbirlərində öz anasını müşayiət edir.
Şahzadə Şarlotta, Monako
Şarlotta Kaziraqi məşhur Hollivud ulduzu Qreys Kellinin nəvəsidir. Qüsursuz gözəlliyi də qıza nənəsindən miras qalıb. Şahzadə Sorbon Universitetinin jurnalistika fakültəsini bitirib və bir müddət Londonun məşhur “Above” jurnalında işləyib. Şarlottanın bir oğlu var, amma gözəl ledinin qəlbi indi boşdur. Hazırda o, Monaka taxtının dördüncü varisidir.
Şahzadə Mako, Yaponiya
Yaponiya imperatoru Akihitonun nəvəsi şahzadə Mako Akisinonun 25 yaşı var. O, Tokioda Beynəlxalq Xristian Universitetini müvəffəqiyyətlə bitirib, ali təhsilini Avstriyada bitirib. Yaponiya imperatoru 83 yaşlı Akihitonun nəvəsi Mako Akisino məhəbbət naminə öz titulundan imtina edib. İmperator nəvəsi kbir neçə həftə əvvəl aristokrat ailəsinə mənsub olmayan adi şəxslə ailə qurub. Şahzadə xanımı taxt-taxcdan məhrum olması onu qətiyyən narahat etmir. Onun fikrincə, sevgi üzərində qurulan ailə bütün titullardan daha vacibdir.
Mariya-Olimpiya, Yunanıstan və Danimarka şahzadəsi
Yunanıstanda monarxiya rəsmən ləğv edilib, amma sonuncu kralın nəticə və nəvələri miras qalmış titullları hələ də qoruyur. Şahzadə Mariya ailəsi ilə birlikdə İngiltərədə yaşayır, Mariya-Olimpiya aktiv kübar həyat tərzi sürür. 21 yaşlı gözəl Nyu-Yorkda qrafik dizayn və incəsənət tarixini öyrənir, həmçinin “Dior” moda evində təcrübə keçir. Dünyanın ən çox aruzlanan şahzadəsi sosial şəbəkələrdə də aktivdir və tez-tez öz isntaqram səhifəsini yeniləyir.
Şahzadə Qabriella, Avstriya
Mariya Pilar İolanda Jozefina Şarlotta - hersoq Mari-Astrid və hersoginya Kristian Karlın çoxuşaqlı ailəsinin ən kiçiyidir. 22 yaşlı gözəl şahzadə ölkənin imperatoru Karlın sonuncu nəticəsidir. Hazırda Avstriyada da monarxiya yoxdur, amma imperator ailəsinin üzvləri titulları qoruyub saxlayıb.
Şahzadə Polin, Monako
Polin Qreys Maqay Dyukre – Stefani Monako və onun keçmiş cangüdəni Daniel Dyukrenin qızıdır. 22 yaşlı Polin bədii gimnastika və dayvinqlə peşəkarcasına məşğul olur. O, sirk sənəti ilə maraqlanır və hər il keçirilən Beynəlxalq Sirk Festivalında iştirak edir. O, taxt-tacın 12-ci varisidir, amma deyəsən, bu, qızı qətiyyən narahat etmir və öz həyat tərzindən zövq alır.
Şahzadə İnfanta Leonor, İspaniya
Bu balaca qızın valideynləri İspaniya monarxlarıdır. İnfanta Leonor İspaniya kralı VI Filipp və kraliça Letisiyanın qızıdır. 12 yaşlı qızcığaz krallığın qanunlarını həvəslə öyrənir və valideynləri ilə rəsmi tədbirlərdə iştirak edir. Artıq indidən məlumdur ki, bu şahzadə gözəlliyi ilə gələcəkdə oğlanların qəlibini fəth dəcək.