Dünən axşam məşhur amerikalı müğənni Ariana Qrandenin İngiltərənin Mançester şəhərindəki konserti faciə ilə bitib.
Konsert bitən kimi "Mançester Arena" stadionunda güclü partlayış olub.
Partlayış nəticəsində azı 19 nəfər ölüb, 50 nəfər yaralanıb. Yaralananların çoxu yeniyetmədir.
Dəhşətli hadisədən sonra müğənni ilk dəfə partlayışla bağlı fikirlərini bölüşüb. O, bu barədə Tvitter-də status yazıb.
"Çökmüş vəziyyətdəyəm. Ürəyim param-parçadır. Çox-çox üzgünəm. Təəssüflənirəm. Söz tapa bilmirəm".
Fanatları isə "Özünü günahlandırma", "Burada sənlik nəsə yoxdur" kimi şərhlər yazaraq müğənniyə dəstək olublar.
Müğənni terrordan sonra növbəti şəhərlərdəki konsertlərini ləğv edib. O, bu həftə ərzində Londonda konsert verməyi planlaşdırırdı.
TMZ-nin yazdığına görə, müğənni Belçika, Polşa və Almaniyada verəcəyi konsertlərini də təxirə salıb.
Müğənninin meneceri hadisə ilə bağlı açıqlama verərək məyus olduğunu bildirib.
"Hamımız çox kədərliyik. Kədərimizi sözlərlə ifadə etmək çox çətindir.
Qeyd edək ki, "Mançester Arena"dakı bu partlayış 2005-ci ildə 56 nəfərin öldüyü London hücumundan sonra dəhşətli hadisə kimi tarixə düşüb.


: milli.az
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub