"Mançester Arena" qana boyandı - 22 ölü, 59 yaralı - Həlak olanların çoxu yeniyetmə qızlardır - YENİLƏNİB - VİDEO
10:20
Milli.Az Hürriyətə istinadən xəbər verir ki, İngiltərənin Mançester şəhərində məşhur müğənni Arina Qrandenin konserti zamanı "Mançester Arena" stadionunda baş verən güclü partlayışlar zamanı ölən və yaralananların daha çox olduğu məlum olub.
London polisinin yeni məlumatına əsasən, terror nəticəsində ölənlərin sayı 22, yaralalanların sayı isə 59 olub.
Bundan əvvəl isə ölənlərin sayı 19, yaralalıların isə 50 nəfər olduğu bildirilirdi.
----------
09:30
İngiltərənin Mançester şəhərində məşhur müğənni Arina Qrandenin konserti zamanı "Mançester Arena" stadionunda güclü partlayış olub.
Parlayış zamanı azı 19 nəfər ölüb, 50 nəfər yaralanıb. Xəsarət alanların əksəriyyəti yeniyetmə qızlardır. Hətta onların çoxunun əynində üzərində Ariana Qrandenin şəkilləri olan paltarlar da olub.
Milli.Az Mirror-a istinadən bildirir ki, hadisə şahidlərinin dediyinə görə, axşam saat 10.20-də hər tərəf anidən işıqlanıb və tüstü bürüyüb. Tüstü çəkiləndə isə hər tərəfdə qan görənlər dəhşətə gəliblər.
Polislər hadisənin terakt olduğunu düşünürlər. Onlar məsələ ilə bağlı ciddi araşdırmalar aparırlar.
"Mançester Arena" stadionu 21 min nəfər üçün nəzərdə tutulub.
"Mançester Arena"dakı bu partlayış 2005-ci ildə 56 nəfərin öldüyü London hücumundan sonra dəhşətli hadisə kimi tarixə düşüb.
Milli.Az hadisə yerindən görüntüləri təqdim edir:
-----------
07:23
İngiltərənin "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib.
Trend-in yerli polisin "Twitter" hesabına istinadən verdiyi məlumata görə, partlayış nəticəsind 19 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Arvadını TikTok-da CANLIYA çıxardı: Kişilərin qadına dedikləri qarşısında ərin reaksiyası ŞOK ETDİ 1221 dəfə oxunub
- Onlayn dələduzluq əməlləri sürətlə yayılır - XƏBƏRDARLIQ - VİDEO 1173 dəfə oxunub
- Məşhur aparıcının sümükləri əriyir 1159 dəfə oxunub
- Son dəqiqə! Fulya Öztürk canlı yayımda hücuma məruz qaldı - ANBAAN VİDEO 1086 dəfə oxunub
- Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməlidir - İlham Əliyev 1078 dəfə oxunub