Böyük Britaniyanın paytaxtında “Viktoriya” vağzalında təxliyə işləri aparılır.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti şahidlərin sözlərinə istinadən məlumat yayıb.
Buna səbəb isə şübhəli əşyanın aşkar edildiyi versiyası istisna olunmur.
Mançesterdə partlayış ilə əlaqədar Böyük Britaniyada təhlükəsizlik tədbirləri gücləndirilib. Xatırladaq ki, mayın 22-də saat 22:35-də “Mançester Arena” stadionunda amerikalı müğənni Ariana Qrandenin konsertinin sonunda partlayış olub.
“New York Times” qəzetinin məlumatına görə, polis terror aktı versiyasını nəzərdən keçirir. Partlayıcı qurğunun stadionda qoyulmuş çantada və ya kamikadze-terrorçu tərəfindən işə salındığı ehtimal edilir.
Məlumata görə, terror aktının qurbanları 22 nəfər olub. Həkimlərin sözlərinə görə, 59 nəfər yaralanıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub