Azyaşlı qızın özündən 20 yaş böyük kişiyə ərə verildiyi zaman çəkilən görüntülər izləyənləri dəhşətə gətirir.
Mynews.az-ın məlumatına görə, Milli.Az Britaniya mediasına istinadla bildirir ki, kadrlar Avstraliyada Melbourne şəhərindəki məsciddə çəkilib.
Videoda yaşıl rəngli paltar geyinən 14 yaşlı qızın yaşlı adama ərə verilməsi əks olunub.
Polis videoları bəyin telefonundan əldə edib və görüntülər 7news kanalında yayımlanıb.
Videoda bəy imam tərəfindən ona tərəf uzadılan kağızları imzalayır. O, qızla evləndiyinə görə onun üçün 850 fund-sterlinqlik bilərzik alıb.
Video ictimailəşəndən sonra kəbin kəsən 62 yaşlı imam saxlanılır. O, məhkəməyə çıxarıldıqdan sonra həbs olunur.
Qeyd edək ki, Avstraliyada evlilik yaşı 18-dir.
Mynews.az görüntüləri təqdim edir:
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub