Böyük Britaniyanın BBC telekanalı İraq ordusuna məxsus “Gecə ovçusu” Mi-28 vertolyotunun panorama videosunu dərc edib.
Videoda vertolyotun Mosul üzərində patrul keşiyi çəkdiyi, həmçinin aviasiya topunun köməyi ilə İŞİD terror qruplaşmasının döyüşçülərinə atəş açdığı görünür.
30 millimetr kalibrli 2A42 topu 4000 metr məsafədən rəqibin canlı qüvvəsinə effektiv atəş aça bilir. 2017-ci ilin əvvəlinə olan məlumata görə, İraqın Hərbi Hava Qüvvələrinin arsenalında 15 ədəd M-28 vertolyotu var. İraq ordusunun məlumatına görə, “Gecə ovçusu” Əl-Fəllucə, Ramadi və başqa əməliyyatlarda əhəmiyyətli rolu oynayıb.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub