İŞİD terror təşkilatı Filippinin Mindanao əyalətinə basqın təşkil edib.
Flippin prezidenti Duterte rəsmi səfər üçün olduğu Rusiyada təcili geri dönüb.
Moskvada mətbuata verdiyi açıqlamada Duterte Mindanao əyalətinə bağlı Maravi şəhərində dövlət çevrilişi cəhdi olduğunu, bu səbəblə də konstitusiyanın ona verdiyi səlahiyyətlə əyalətdə 60 günlük hərbi vəziyyət elan etdiyini bildirib.
Türkiyənin “Yeni Akit” qəzetinin məlumatına görə, İŞİD-in şəhəri işğal etdiyi haqda məlumatlar yayılıb.
Bölgədə şiddətli qarşıdurmalar yaşanır. 2 əsgər və 1 polis ölərkən ən az 30 nəfər yaralanıb.
Şəhərin giriş və çıxışları bağlanarkən “Yeni Akit”qəzeti bölgədən ilk foto görüntülər yayıb.
Qeyd edək ki, Flippin prezidenti Duterte bir müddət öncə, ABŞ-ı sərt şəkildə tənqid etməsi, keçmiş prezident Barak Obamanı “fahişə oğlu” adlandırmışdı. Lakin, Trampın prezident vəzifəsinə gəlişindən sonra, Duterte ilə münasibətlər normallaşmışdı.



1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub