May ayının 22-də məşhur amerikalı müğənni Ariana Qrandenin Mançester şəhərindəki konserti faciə ilə bitib.
Mynews.az-ın məlumatına görə, Milli.Az "Dailymail"ə istinadla bildirir ki, konsert bitəndə "Mançester Arena" stadionunun foyesində güclü partlayış olub. Partlayış nəticəsində 22 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Ölənlərin əksəriyyəti uşaq və yeniyetmələrdir.
Partlayışın terror olduğu təsdiqlənib. İŞİD terakta görə məsuliyyəti öz üzərinə götürüb.
Britaniya mediası faciə qurbanlarının şəkillərini əldə edib.
Ölənlər arasında 8 yaşlı uşaq da var. Saffie Rose Roussos adlı qız terrorun ən azyaşlı qurbanıdır. Onun anası ağır yaralı olduğuna görə qızının ölümündən xəbərsizdir.

Ölənlərdən biri isə orta yaşlı qadındır. O, bacısı qızını qorumaq üçün özünü qurban verib.
Olivia Campbell adlı yeniyetmənin ən böyük arzusu məşhur olmaq idi. Lakin o, terrorda həlak olub.

İki orta yaşlı qadın isə uşaqlarını gözləyərkən partlayışda həyatını itirib.
Mynews.az qurbanların şəkillərini təqdim edir:
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub