Yoldaşına göz qoyduğunu iddia etdiyi adamı həyat yoldaşının mobil telefonu ilə mesaj yazaraq evə çağıran Cengiz U. içəri saldığı Emre B. -ni əvvəlcə yumruqlayıb, sonra da tapançasını çıxardaraq atəş açıb.
Mynews.az-ın məlumatına görə, Milli.Az Habertürk-ə istinadən xəbər verir ki, hadisə 20 may günü İstanbulun Esenyurt rayonunda baş verib. Tekstil işinə baxan Emre B. (31) Hülya U.-ya (27) bəzi məhsulların parçalarını evdə hazırlamaq üçün verirdi. Hülya U. da sifarişləri tamamladığı zaman Emre B. -ya məhsulları evdən təhvil verirdi. Ötən gecə Cengiz U. yoldaşının mobil telefonuna gələn mesajı görüb. Gələn mesajda tekstilçi yoldaşına sevgi etirafı etdiyini, onunla birlikdə olmaq üçün təzyiq etdiyini görüb. Hülya U. Emre B. -nin bir müddətdir onu narahat etdiyini, ondan uzaq durmağını istədiyini deməyinə baxmayaraq mesaj yazmağa davam etdiyini bildirib.
Cengiz U. səhər həyat yoldaşının mobil telefonundan Emre B. -ya mesaj göndərib. Mesajda yoldaşının evdə olmadığını, tək olduğunu, evə gələ biləcəyini yazıb. Cengiz U.-nun həyat yoldaşının adından Emre B.-ya göndərdiyi mesaj öz "faydasını" verib. Günorta saat 11.00 radələrində Emre B. evə gəlib. Cengiz U. içəri çəkdiyi Emre B.-ya əvvəl yumruq atıb, daha sonra da tapançasını çıxardaraq atəş açıb. Emre B. hadisə yerində həyatını itirib. Cengiz U. isə polisə təslim olub.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub