Çində avtomobil tunelində partlayış baş verib. Qəzaya səbəb benzindaşıyan maşının digər yük maşını ilə toqquşması olub.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “China Daily” məlumat yayıb.
Hadisə mayın 24-də səhər saatlarında Hebey əyalətində Çjantszyakou və Şitszyaçjuan şəhərləri arasında yolda olan tuneldə baş verib. Benzindaşıyan maşın yük maşını ilə toqquşub, nəticədə yağın olub, benzindaşıyan maşın partlayıb. Alov o qədər güclü olub ki, yalnız yolda olan avtomobilləri deyil, hətta tunelin üstündə olan evləri belə bürüyüb.
Ölənlərin hamısı tunelin içində olan avtomobillərdə olub. Yanğın nəticəsində evlərdə yaşayan sakinlərdən on beş nəfəri yanıq yaraları və digər xəsarətlər alıblar.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub