Suriya hakimiyyəti İŞİD-in "hərbi naziri"nin məhv edildiyi barədə məlumat yayıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Suriya dövlət televiziyası hərbi mənbələrə əsaslanaraq xəbər yayıb ki, terrorçuların "hərbi naziri" Əbu Musab əl-Məsri Hələbin şərqində aparılan əməliyyatlar zamanı öldürülüb.
Onunla birlikdə İŞİD-in Səudiyyə Ərəbistanı və İraq vətəndaşı olan daha bir neçə yüksək vəzifəli yaraqlısı da məhv edilib.
Lakin məlumatda o da bildirilir ki, bu informasiya İraq KİV-in xəbərləri ilə ziddiyyət təşkil edir.
Belə ki, İraq KİV-in məlumatlarında İŞİD-in "hərbi naziri"nin terrorçuların sıralarına 6 il əvvəl qoşulmuş, İraq Respublika Qvardiyasının keçmiş briqada generalı Yasin əl-Muadidi olduğu bildirilir.
Onun sələfi isə ABŞ Hərbi Hava Qüvvələrinin İŞİD-in İraqdakı mövqelərini bombalaması zamanı öldürülmüş Əbu Umar əş-Şişani (Gürcüstan vətəndaşı Tarxan Batiraşvili) olub.
Bunun yanaşı, İran KİV İŞİD-in "hərbi naziri"nin Tacikistan OMON-un sabiq komandiri, polkovnik, "əl-Taciki" kimi məşhur olan Gülmurod Halimovun təyin edildiyi barədə xəbərlər yayıb.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub