Xəbər verdiyimiz kimi, Boston Federal Məhkəməsi ABŞ prezidenti Donald Trampın miqrasiya məsələri üzrə fərmanının icrasını 1 həftəlik dayandırıb.
Mynews.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Tramp Tvitter mikrobloqunda məhkəmənin qərarını şərh edərək bunun çox gülünc olduğunu bildirib.
“Ölkəmizdə məhkəmə tərəfindən qanunun aliliyinin belə qərarla pozulması həqiqətən də gülüncdür və bu, ləğv olunacaq”, - deyə ABŞ-ın 45-ci rəhbəri söyləyib.
Xatırladaq ki, Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair fərman imzalayıb. Onun bu fərmanı ölkədə kütləvi etirazlara səbəb olub.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub