Tarix boyunca bir çox cani ruhlu qatil yaşayıb ki, onlarla insanın canına heç düşünmədən qıyıb. Amma bəzi qatillər var ki, etdikləri ilə bir insanın insanlıqdan nə qədər çıxa biləcəyinin, nələr edə biləcəyinin ən yaxşı dəlilləridir.
Ruhu pisliklərlə dolmuş bu qatillərdən biri də 1800-cü illərdə Portuqaliyada yaşayıb. O, onlarla insanı öldürən Dieqo Alvesdir.
Problemlə dolu bir uşaqlıq dövrü keçirən Alves ilk cinayətini 1836-cı ildə törədib. Bir adama hücum edərək onu "soyan" Alves, sonra gələcəkdə başını ağrıtmamaq üçün öldürüb. Bunun üçün də cəsədi 170 hissəyə ayırıb.
Etdiklərindən həzz aldığını hiss edən Alves sonra ardıcıl olaraq qətllər törətməyə başlayıb. İlk cinayətini törətdikdən sonra 3 il ərzində ümumilikdə 70 insanı öldürüb və hamısının cəsədlərini parçalara ayırıb.
1841-ci ilin fevral ayında mühakimə olunan Alvesin edam edilməsinə qərar verilir və o dövrdə yaşayan elm insanları Alvesin başının kəsilərək təcrübə üçün istifadə edilməyi fikrini ortaya atıblar. Bu istək qəbul edilir və Alvesin başı gövdəsindən ayrılır. Məqsəd isə formaldehid (zəhərli qaz) içərisində orqan mühafizəsinin mümkün olub-olmadığını müəyyən etmək olur.
Alvesin formaldehid içərisində saxlanan başı isə indiki Lissabon Muzeyində nümayiş etdirilir və "canlılığ"ını hələ də saxlayır.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1423 dəfə oxunub
2
Naxçıvan Hava Limanı vuruldu - VİDEO
1418 dəfə oxunub
3
Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ
1386 dəfə oxunub
4
İrandan Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA
1381 dəfə oxunub
5
İran Naxçıvana 4 dron yönləndirib - MN
1377 dəfə oxunub