“Bu gün təsir səviyyəsi üzrə bir nömrəli ölkə ABŞ-dır. Hətta Şimali Koreya bütün dünyanı özü haqqında danışmağa məcbur edir”.
Publika.az xəbər verir ki, bunu Rusiyanın beynəlxalq təsir imkanlarını şərh edən Rusiya jurnalisti İqor Yakovenko Ukraynanın “Obozrevatel” nəşrinə deyib.
“Koreya Xalq Demokratik Respublikası bütün dünyanı özü haqqında danışmağa məcbur edir, bütün dünyanı şantaj edir. Onunla bağlı xəbərlər nəşrlərdə birinci sətirləri tutur. Bu gün hətta danışmaq olar ki, İŞİD super dövlətdir. O da həmçinin hamını özü haqqında danışmağa məcbur edir, bütün perimetrlər üzrə problemləri yaradır”, - o bildirib.
Yakovenko etiraf edib ki, hərbi potensial nöqteyi-nəzərindən Rusiya super dövlət olsa da, iqtisadi nöqteyi-nəzərindən eyni şeyi demək mümkün deyil: “Rusiya iqtisadi gücünə görə dünyanın ikinci onluğundadır. Əgər həyat səviyyəsi haqqında danışsaq, Rusiya BMT-yə daxil olan ölkələrin siyahısının ortalarında, Avropa ölkələrinin siyahısında isə sonuncu yerdədir”.
Rusiyada real problemlərin kifayət qədər çox olduğunu deyən jurnalist qeyd edib ki, buna görə də ölkəni super dövlət adlandırmaq bir az gülməlidir.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub