İndoneziyanın paytaxtı Cakartada baş verən iki partlayış nəticəsində 3 polis əməkdaşı ölüb.
Mynews.az APA-ya istinadən verdiyi xəbərə görə, ilkin ehtimala əsasən, iki terrorçu-kamikadze üzərilərindəki partlayıcı qurğunu işə salıblar.
Hadisə nəticəsində 10 nəfər yaralanıb, onlardan 5-in asayiş keşikçisi olduğu bildirilir. Partlayışlar avtobus dayanacağında baş verib.
Paytaxt polisindən verilən məlumata görə, partlayışları törədənlərin şəxsiyyətləri müəyyənləşdirilir. Hazırda heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub