17 aylıq uşaq anasının öldüyünün fərqinə varmayaraq onun südünü əmib.
Mynews.az-ın məlumatına görə, Milli.Az Hindustan Times-a istinadən bildirir ki, insident Hindistanın Madhya-Pradeş ştatındakı Damo şəhərində baş verib.
Polis vəfat etmiş qadının cəsədini dəmiryolunun kənarında tapıb.
Ağlayıb hıçqıran və anasının döşünü əmən uşağı polis hospitala müayinəyə aparıb.
Olayın şahidi, 27 yaşlı Monu Balmiki deyib: "Dəmiryol relslərinin yanında uzanmış qadını gördük. Ona yaxınlaşanda qadının öldüyünü anladıq və dərhal polisə zəng vurduq. Ölmüş anasını əmən uşağı görəndə isə ağladıq".
Hadisə yerinə gəlmiş polislərin komandiri, mayor Nend Ram da uşağı görəndə göz yaşlarını saxlaya bilmədiyini söyləyib.
"Qadının bədbəxt hadisə nəticəsində öldüyünü düşünürük. Araşdırma aparırıq, qadının kimliyini müəyyənləşdirməyə çalışırıq", - N.Ram deyib.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub